"Yeni antibiotik yaradılmalıdır" Nobel laureatçılarından təklif
"Dünya əhalisi artır və artmaqda davam edəcək. Mənim zənimcə, bu fikir qismən düzdür. Çünki son 20-30 il ərzində əhali daha az uşaq olmasına çalışır". SİA-nın xəbərinə görə, bunu Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, daha az uşaq ölümü halları müşahidə olunsa da, dünya əhalisi qocalır: "Bunun fəsadları çox ola bilər. Antibiotiklərin icadı buna təsir etməyə başlayıb. Əczaçılıq müəssisələri bununla bağlı müəyyən işlər görsə də, insanlar antibiotiklərdən çox istifadə edir. Bu problem tibbi dairələr tərəfindən qabarıq göstərilir. Mövcud antibiotiklər pis və yaxşı bakteriyalar arasında fərq qoymur. Yaxşı bakteriyalar orqanizm üçün lazımdır. Lakin antibiotiklər onları da məhv etməyə çalışır. Biz elə antibiotiklər buraxmalıyıq ki, onlar düşünmək qabiliyyətinə malik olub yaxşı və pis bakteriyaları ayırmağı bacarsın. Bu bütün bəşəriyəti narahat edir, lakin bu iş bir hökumətin işi deyil. Forumda iştirak edən ölkələr bizə qoşulmalıdır".
Kimya üzrə Nobel mükafatı laureatı Arıye Varşel isə çıxışı zamanı söyləyib ki, pensilin dərman vasitəsi minlərlə insanı xilas etdi: "Biz növbəti belə dərmanı gözləyirik. Son 30 il ərzində yeni antibiotik hazırlanıb istifadəyə verilməyib. Şirkətlər bundan az pul qazandıqları üçün buna sərmayə qoymaq istəmirlər. Lakin bakteriyalar dəyişir, belə olduqda yeni antibiotiklər hazırlanmasına ehtiyac yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB