"Xaricdən gələn həkimlər bəzən icazəsiz fəaliyyət göstərirlər”
"Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib". SİA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
Ümumilikdə dərmanların 90%-nin qiymətinin düşdüyünü deyən nazir müavini söyləyib ki, bu proses mütəmadidir: "Hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunacaq. Bu sahədə müəyyən xırda problemlər var lakin onların aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Azərbaycana gələn dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirilməsinə icazə verilir. Çünki qanunvericilik bunu tələb etdiyindən gömrük orqanları da bunu tələb edir".
Xarici həkimlərin Azərbaycanda fəaliyyəti məsələsi ilə bağlı sualı cavablandıran nazir müavini söyləyib ki, xarici həkimlərin Azərbaycana gəlib işləməsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir.
"Müvafiq komissiya 1-2 aydan bir öz iclaslarını keçirir. Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirirlər, sonra isə sənədlərini nazirliyə təqdim edirlər. Lakin bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB