Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə Xızı rayonuna media-tur təşkil edib. SİA-nın Şimal bürosundan verilən məlumata görə, Xızı Mərkəzi rayon xəstəxanası ilə tanışlıq zamanı baş həkim jurnalistlərə bir neçə ildir istifadəyə verilən tibb ocağı barədə məlumat verib. Bildirib ki, xəstəxanada hər il xeyli insana xidmət göstərilir. Tibb mərkəzində xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Xəstəxanada rentgen, filioqraf aparatı, USM, exokardioqrafiya, laboratoriya və digər xidmətlər var. Eyni zamanda dərman təminatı da yüksək səviyyədə təşkil edilib.
Baş həkim onu da əlavə edib ki, hazırda xəstəxanada 30-u həkim olmaqla 200-dən atıq tibb işçisi çalışır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB