"Rayonlarda ağır xəstələr olarsa, yaxud da təcili başqa yerə evakuasiya olunası xəstə varsa onlar təcili yardımın helikopterlər vasitəsilə köməklik edilir". SIA-nın xəbərinə görə ,bu barədə Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda stansiyanın bazasında Fransa istehsalı olan 2 helikopter var: "Hansı ki onlar ən son və müasir tibbi avadanlıqlarla təchiz olunub. Helikopterlərin enə bilmədiyi yerlərdə xüsusi qurğularla xərəklərlə iplə aşağı salınır və həkimlərin köməyi ilə xəstə evakuasiya olunaraq helikopterlərə mindirilir".
Baş həkim qeyd edib ki, son zamanlar müasir formada tikilən xəstəxanalarda helikopterlərin enməsi və qalxması üçün sahələr var: "Bu helikopterlərdən bu ilin aprelində baş verən döyüşlərdə istifadə olunub və işlər çox uğurla nəticələnib. Hadisə nəticəsində yaralananlar vaxtında xəstəxanalara çatdırılaraq onlara yüksək yardım göstərilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB