Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 1-də saat 11:00-da Biləsuvar rayonunda vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB