Hepatitin dərmanı Azərbaycanda hazırlanacaq

Hepatitin dərmanı Azərbaycanda hazırlanacaq

Misir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır. Bu barədə Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil deyib.

Onun sözlərinə görə, əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların istehsalıdır: "Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan "ADMA"-nın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. 14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə