“Uşaqların sağlamlığını və sülhü qoruyaq” FOTOLAR

“Uşaqların sağlamlığını və sülhü qoruyaq” FOTOLAR

2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını əsas tutaraq "Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası" İctimai Birliyinin egidası altında ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nümayiş etdirmək məqsədi ilə "Uşaqların sağlamlığını və sülhü qoruyaq" adlı tədbir həyata keçirilib. Assosiasiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Ombudsman-İnsan hüquqları üzrə müvəkkilin nümayəndələri Yeganə Cəfərova, Müqalib Mahmudov, Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, həkim, professor MirEldar Babayev, "İstedalı Əlillər" İB-nin sədr müavini Qubad Qasımov, "Qızıl Əllər" mükafatı laureatı, "Heydər Əliyev Fondu"nun təşəbbüsü ilə İsveçrə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı mükafatçısı Aybəniz Nəsirova və sosial yönümlü Qeyri-Hökumət Təşkilatlarının liderləri iştirak ediblər.

Tədbirdə hemofiliyalı və leykemiyalı uşaqların hazırladığı konsert proqramı təqdim edilib. Konsertdə 35 uşağın çıxışı ilə müxtəlif ölkə və milli rəqslər, mahnılar və şeirlər ifa olunub.

Tədbirdə cıxış edən hemofiliya və leykemiyalı uşaqlar diplomlara layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə