İcbari tibbi sığorta kimləri əhatə edəcək?

İcbari tibbi sığorta kimləri əhatə edəcək?

"İcbari tibbi sığorta haqları Azərbaycan Respublikasının sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq". SİA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək.

Xidmət paketinin hər il yenilənmək şərtilə 1 il müddətinə müəyyən olunduğunu dilə gətirən V. Qurbanov keyfiyyətə nəzarətin Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcəyini dilə gətirib.

Şöbə müdiri xidmət paketinə daxil olacaq xəstəliklərlə bağlı məlumat verib. O deyib ki, ürək-damar xəstəlikləri, habelə stasionar müalicə üçün dərmanlar da xidmət paketinə daxil edilə bilər: "Həmçinin ambulator müalicənin dərman təminatının xidmət paketinə daxil edilməsi haqda müzakirələr aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə