Əhali 2018-ci ildən tibbi sığortalanacaq

Əhali 2018-ci ildən tibbi sığortalanacaq

"Azərbaycanda icbari tibbi sığortanın bu ilin sonu, 2017-ci ilin əvvəllərində pilot layihə olaraq tətbiq olunması planlaşdırılır". SİA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev məlumat verib.

O bildirib ki, pilot layihə uzun müddət ərzində həyata keçirilə bilməz: "Layihə 6-9 ay müddətində həyata keçiriləcək. Pilot layihənin nəticələrinə uyğun olaraq çatışmazlıqlar aradan qaldırılaraq, icbari tibbi sığortanın daha geniş şəkildə tətbiq olunması üzrə fəaliyyətə başlanılacaq. Proses uzun müddətlidir".

İcbari tibbi sığorta ilə bağlı Azərbaycan modelinin bu yaxınlarda ölkə rəhbərliyinə təqdim olunacağını deyən. Z. Əliyev söyləyib ki, sərəncam imzalandıqdan sonra layihənin tətbiqi ediləcəyi rayonlar müəyyən ediləcək: "Ümumilikdə Azərbaycanda icbari tibbi sığorta daha geniş şəkildə 2018-ci ildən tətbiq ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə