Qəlbin aynası gözlər

(Portret cizgiləri)

"Göz qəlbin aynasıdır". Uzun əsrlərdən gələn, bədii əsərlərin əsas obrazlı istifadə vasitəsi olan bu sözlər, hər zaman öz aktuallığını, müasirliyini qoruyub saxlayır. Bəli, əgər əllər həmişə qəlbin ifadə vasitəsi hesab olubsa, gözlər də qəlbin aynası olub. İnsan orqanizminin ən zərifi və həyatda insana ən lazım olanı da gözlər olub həmişə. Onlar insan həyatında çox lazım olan bir pəncərə rolunu oynayıb. Gözəllik sözü də yəqin göz sözündən yaranıb. Gözlə bağlı tarixlər boyu ulularımız çoxlu qiymətli sözlər deyiblər. Amma bu gün gözlər, insan orqanizminin ən çox problemli və tez xəstəliyə düçar olan üzvlərindən biri olub. Göz xəstəliyi günü-gündən çoxalır. Bu xəstəliyin çoxalmasının səbəblərini öyrənmək və özümün də gözlərimdə yaranan problemləri bilmək üçün mən, BioloJi Təbabət Klinikasının oftalmoloq həkimi Tamilla Mürsəl qızı Kərimovaya müraciət etdim. Açığı gözlərimlə bağlı çox həkimlərə müraciət etmişdim. Amma Tamilla həkimin müayinə üsulu, gözlə bağlı, gözlərdə yaranan problemləri və onları necə müalicə etməyi bir ayrı formada deməsi, müalicə etmək üçün onun özünə məxsus metodunun olması və ən nəhayət, həkim kimi yüksək fitri istedada malik olması mənə xoş təsir bağışladı. Ona görə də belə qərara gəldim ki, onu çoxminli oxucularla yaxından tanış edim və gözlə bağlı yararanan problemləri, onları tez bir zamanda aradan qaldırmağın yollarını onun vasitəsilə oxuculara çatdırım. İlk öncə Tamilli həkim haqqında oxuculara qısa məlumat vermək istəyirəm.

Tamilla Mürsəl qızı Kərimova 1960-cı ildə Bakıda anadan olub. 1977-ci ildə 189 nömrəli Bakı şəhər tam orta məktəbini qızıl medalla bitirib. O, həkim ailəsində anadan olub. Anası Şükufə xanım Əliyeva və xalaları göz həkimi işləyiblər. Balaca Tamilla da lap uşaq yaşlarından həkim olmağı arzulayıb. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verib və ora daxil olub. Ali məktəbi də fərqlənmə diplomu ilə bitirib. Amma ali məktəbdə oxuyanda göz həkimi yox, kadioloq olmaq istəyib. Hətta bu sahə üzrə olimpiadalara da gedib. Lakin təyinat dövründə ali məktəb rəhbərliyi bildirib ki, Bakı şəhərində və bölgələrdə oftalmoloq az olduğuna görə, çoxlu abituriyentləri məhz bu sayəhə yönəldirik. Tamilla həkim də məbur olub ki, Göz Xəstəlikləri İnstitutunda bu sahə üzrə internatura keçsin. İnternaturanı bitirəndən sonra 16 saylı Poliklinikada işləməyə başlayıb. Sonra isə o, öz işini özünün həkimlik sahəsində "ilk vətəni" hesab etdiyi Bayıl Mərkəzi Göz Xəstəxanasında davam etdirməyə başlayıb. Burada adi həkimdən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Göz həkimi kimi burada təcrübə toplayıb. Xəstələrin böyük inamını qazanıb. Çox təəssüf ki, həmin xəstəxana hansısa səbəbdən bağlandı və burada işləyən həkimlər işsiz qaldılar. Tamilla həkim bu xəstəxanada işlədiyi dövrdə Aygün həkim Almaniyada istehsal olunan Hell dərmanlarını təbliğ edirdi. Həmin vaxtlarda Aygün həkimlə Tamilla həkim tanış olmuşdular. Elə onun təşəbbüsü ilə də Tamilla həkim Bayıl Göz Xəstəxanası bağlanandan sonra Bioloji Təbabətlə bağlı kurslara gəlib. Aygün həkim onu da vurğulayıb ki, "tezliklə bu sahə üzrə klinika da açılacaq. Ola bilər ki, sən elə həmin kilnikada da işləyərsən".

Beləliklə, Tamilla həkim də bu məqsədlə həmin təbabət kurslarına gəlib. O, buradakı təcrübəli həkimləri, savadlı müəllimləri görəndən sonra onda bu sahəyə böyük maraq yaranıb. Onların işlərinə heyran olub. Çünki o, burada kursda olduğu ilk günlərdən artıq tibb sahəsinə qarşı onda dünya görüşü dəyişməyə başlayıb. İnsanların müalicə yollarının təkcə akademik təbabət üzərində qurulmadığını bir daha dərindən başa düşüb və buna inanıb. Ona bu sahədə ilk maraq yaradan isə Ukraynadan gələn, yüksək peşəkar həkim olub. Baxmayaraq ki, həmin qadın göz xəstəlikləri barədə yox, xəstəliklərin bütün sahələri üzrə ümumi analizi və onları müalicə yolları haqqında danışıb. Amma vurğulayıb ki, həyatda təsadüf yoxdur. Siz hər biriniz ayrı-ayrı sahələrin həkimlərisiz, amma bütün xəstəliklərdən xəbəriniz olmalıdır. Həmin xəstəlikləri sağaltmağın yollarını da bilməlisiniz. Onun bu sözləri Tamilla həkimdə böyük maraq yaradıb. Yadına məşhur dramaturq Alkesey Arbuzovun "Tanya" əsəri düşüb. Tanya həkim olsa da tələbəlik illərində ona dərs deyən alimlərin dediyi bir neçə leksiyanı yazmadığından, rəfiqələrilə söhbət etdiyindən və bu gün həmin leksiyalar ona sevgilisi Germanı sağaltmaq üçün çox vacib olduğunu dərk edəndə böyük əzab çəkirdiyini yadına salıb. Ona görə də Tamilla Kərimova burada kursları mükəmməl keçib. Bu kursları bitirəndən sonra, direktor, dəyərli ziyalı, yüksək milli təəsübkeşliyi olan Elxan Yaqubova yaxınlaşıb və yeni açılan Bioloji Təbabət Kinikasında işləmək istəyidini bildiriib. Elxan müəllim də deyib: "Biz bura həkimləri bir şərtlə götürürük ki, onlar daim öz üzərlərində işləməli və tibb sahəsi üzrə həmişə biliklərini artırmalıdırlar". Ali məktəbi fərqlənmə diplomu ilə bitirən və həmişə öz üzərində çalışan, işinə tələbkarlıqla yanaşan Tamilla həkim Kərimova üçün bu sözlər çox xoş olub.

Beləliklə o, artıq altı ildir ki, Bioloji Təbabət Klinikasında həkim-oftalmoloq, həkim-naturapat işləyir. Dünyanın tanınmış həkimləri Ukranyanadan, Almaniyadan və başqa Avropa ölkələrindən gəlib, burada işləyən həkimlərə tez-tez dərslər keçir və tibb sahəsinin injəliklərini öyrədirlər. Bax ona görə də Bioloji Təbabət Klinikasında işləyən həkimlər çox savadlı və öz işlərinin əsl peşəkarları sayılırlar. Onlar həmişə axtarışda olduqlarından, öz sənətlərini mükəmməl bildiklərindən, onlara başqa xəstəxanalara nisbətən daha çox xəstələr müraciət edirlər.

- Axır vaxtlar başqa xəstəliklərə nisbətən göz xəstəlikləri daha çoxalıb. Bunların çoxalmasının səbəbi nədir?

- Bu müasir texniki inkişafla daha çox bağlıdır. Çünki müasir texniki inkişafda daha çox güc gözlərə düşür. Təsəvvür edin ki, kampyüterlər, manitorlar, mobil telefonlar, televizorlar və başqa bu kimi texniki cihazlar əsasən gözlə bağlıdır. Eləcə də yediyimiz yeməklərin kalorisinin az olması hamısı gözə təsir edən vasitədir. Təsəvvür edin ki, valideyinlər 3-4 yaşlı uşaqlarının yemək yeməsi üçün manitorlar qoşurlar ki, uşaqlar həmin manitorlara baxıb, yemək yesinlər. Ya da mobil telefonları onlara verirlər ki, oradakı oyunlarla oynasınlar. Bax bütün bunlar da sonralar uşaqlar üçün gözlərdə yaranan böyük fəsadlara çevrilir. Ona görə də bütün dünyada göz xəstəlikləri artıq XXI əsrin bəlasına, faciəsinə çevrilib. Eləcə də dünyada şəkər və hepertaniya xəstəlikləri çox yayıldığından və bunlar da ilk növbədə gözə təsir edir. Ümumiyyətlə, elə bir xəstəlik yoxdur ki, gözə təsir etməsin. Necə ki, deyirlər "göz qəlbin aynasıdır", həqiqətən də bütün xəstəliklər bu aynaya öz təsirini göstərir. Bizim kilinikaya ayrı-ayrı xəstəliklərə görə, müraciət edən xəstələrin çoxunu həkimlər mənim yanıma göndərirlər və məlum olur ki, onların gözlərində də böyük problemlər var. Və gözlərinin xəstəliyi də başqa xəstəlikləri yaradıb. Mədə-bağırsaq, beyində olan şişlər, psixoloji zədələr, şəkərli diabet, hepertoniya və başqa xəstəliklərin ilk başlanğıcı məhz gözdə olan xəstəliklər olur. Çünki insanlar axır vaxtlar stress vəziyyətində olduqlarından şəkər xəstəlikləri, qan xəstəlikləri çoxaldıqca göz xəstəlikləri də çoxalır.

- Göz xəstəliklərini müalicə etmək üçün nə etmək lazımdır? Həm də nə etmək lazımdır ki, bu xəstəliklər tez sağalsın?

- İlk öncə insanlar düzgün həyat tərzində yaşamalıdırlar. Ələbttə, biz heç bir uşağa, tələbəyə deyə bilmərik ki, kompyüterdən, internetdən uzaq ol. Bununla məşğul olma. Bu mümkün deyil. Çünki bu günün nəbzidir, tələbidir. Amma biz deyirik ki, bununla çox məşğul olmaq olmaz. Bu qəti qadağandır. Dahi Nizami deyir ki, "Bir inci saflığı varsa da suda, çox içiləndə dərd verir o da". Ona görə də insanlar gözlərilə bağlı tez-tez həkimə müraciət etməlidirlər. Aktiv, fiziki həyat tərzi yaşamalıdırlar. İdmanla məşğul olmalıdırlar. Gözlə bağlı müəyyən dərmanlar var ki, ondan mütəmadi istifadə etməlidirlər. İmkan verməməlidirlər ki, illərlə gözlə bağlı yığılan problemlər sonralar acı fəsadlar yaratsın. İnsanların çoxu fikirləşir ki, mən elə bu işıqlı həyatı görürəm daha bəsimdir. Amma çoxu bilmir ki, ola bilər onun bir gözü hər şeyi yaxşı görür, amma o biri gözü yaxşı görmür. Bu gün bizim ən böyük porblemimiz odur ki, gözlə bağlı prafilaktika demək olar ki, aparılmır. Amma biz tələbə olanda və həkim kimi fəaliyyətə başladığımız ilk illərdə bizi göndərirdilər zavodlara, fabriklərə və başqa müəssisələrə. Orada biz gözlə bağlı insanlarla prafiliktik yoxlama işləri aparırdıq. Onların gözlərində olan problemləri elə yerindəcə həll edirdik. Ən ağır xəstələri xəstəxanalara gətirirdik. Amma çox təəssüf ki, axır vaxtlar belə işlər görülmür. Əslində isə bu Səhiyyə Nazirliyinin ən ümdə işlərindən biri olmalıdır. Həmin işləri hökmən bərpa eləmək lazımdır ki, göz xəstəlikləri azalsın. Çünki texnikanın çox inkişaf etdiyi bu dövrdə bu işlər həddindən artıq vacibdir. Ümumiyyətlə, prafilaktik tibbə bu gün daha çox önəm vermək lazımdır. Əsasən də uşaqlar, yeniyetmələr, tələbələr arasında bu iş daha çox görülməlidir. Çünki böyüməkdə olan yeni nəsil göz xəstəliklərinə, umumiyyətlər başqa xəstəliklərə də daha çox məruz qalırlar.

- Akademik təbabətlə, bioloci təbəbət arasında göz xəstəliklərinin müalicəsində fərq nədir? Siz hər iki sahəni bilən mütəxəssis olduğunuza görə, sizə belə sualla müraiət edirəm. İnsanlar niyə axır vaxtlar bioloji təbabətə daha çox üstünlük verirlər?

- Akademik təabətdə işlərəyən həkimlərin hər birinin öz sahələri var. Onlar yalnız öz sahələri ilə məşğul olurlar. Amma bioloji təbabətdə biz heç bir xəstəyə əgər o, əsəblə, gözlə bağlı gəlibsə ona ayrıca əsəb, göz sahəsinin xəstəsi kimi baxmırıq. Burada xəstəyə kompleks yanaşılır. Məlum olur ki, onun həm əsəb və həm də göz xəstəliyini yaradan başqa fəsadlar da var. Biz də həmin sahələri kompleks müalixə etməklə, xəstəni tam sağaldırıq. Yəni biz xəstəliyin səbəbini tapıb, sonra xəstəni müalijə edirik. Akademik təbabətdə isə ola bilər ki, xəstənin əsəbi müalixə olunur, amma onda başqa xəstəliyin fəsadları baş qaldırır və həmin xəstə məxbur olur ki, başqa həkimlərə də müraxiət eləsin. Akademik təbabətdə göz xəstəliyinin əsas müalixə üsulu xərrahiyə ilə olur. Yəni insanları kor olmağa gətirən qlakoma, katarakta, şəkərli diabetin törətdiyi fəsadlar nətixəsində yaranan göz xəstəlikləri əksəriyyəti xərrahiyə yolu ilə müalijə olunur. Amma bioloji təbabətdə gözlə bağlı xəstəliklərdə cərrahiyyə çox da tələb olunmur. Biz bu işə nadir hallarda əl atırıq. Ona görə də biz prafiliktik müalicə üsuluna daha çox üstünlük veririk. Yəni fəsadların qarşısını almaq üçün toksinlərin yüksəlməsi, qara jiyərin pozulmasının qarşısını almaq, şəkərin artmasının qarşısının alınması üçün biz müalicəmizi aparırıq. Yəni biz orqanizmin funksiyalarını bərpa etməklə məşğul olub, böyük effektlər alırıq. Əgər xəstənin gözündə ifrazat varsa, onu təmizləməklə gözü tam qaydasına sala bilirik. Biz bunu yaradan səbəbi axtarıb tapırıq və gözdə daha ifrazat olmur. Məlum olur ki, xəstənin qara ciyərində, ya da dişlərində, eləcə də başqa orqanlarında, qanında problemlər var. Bu problemlər də göz xəstəliyini yaradıb. Biz də bu fəsadları həll etməklə göz xəstəliyini də tam sağaldırıq. Əlbəttə, əgər xəstə bizə gec mürajiət edibsə və gözünə artıq mirvari suyu, qara su yığılıbsa, biz onu akademik təbabətə göndəririk. Özümüz cərrahiyə etmirik. Həmin vaxt biz akademik təbabətdə çalışan həkimlərlə bərabər işləyirik. Ümumiyyətlə, bu bioloji təbabətin başqa formasını vaxtı ilə böyük həkim, alim Əziz Əliyev bir metodla çox yaxşı tətbiq edib və bu gün də səhiyyə tarixində həmin metod Əziz Əliyev metodu adlanır. XX əsrin əvvəllərində Azərbaycanda və bütün dünyada trakoma göz xəstəlikləri daha çox yayılmışdı. Bu xəstəliklər də insanları kor edirdi. Onun müalicə metodu da yox idi. Əziz Əliyev Azərbaycanın Səhiyyə komissarı olanda kiçik təyyarələrə salyarkalar doldutdurub və Azərbaycanda bataqlıq olan yerlərə tökdürüb. Həmin bataqlıqlarda olan uçan həşəratları, zəhərli uzunburun milçəkləri öldürməklə trakoma, göz xəstəliklərinin kökünü kəsib. Sonrarlar dünya səhiyyəsində bu metod "Əziz Əliyev metodu" olmaqla, bütün dünyada tətbiq olunmağa başlayıb. Görürsünüzmü adi bir üsulla, heç bir dərmandan istifadə etməməklə bu xəstəliyin qarşısı alınıb. Sonralar göz sahəsi üzrə böyük akademik Zərifə xanım Əliyeva bu metodu daha elmi yolla tətbiq etməklə göz müalicəsi sahəsində daha böyük yeniliklər edib. Ona görə də hər bir xəstəliyinin dəqiq forması tapılmalı və onun orqanizmə fasadlar gətirməməsilə müalicəsi aparılmalıdır.

- Necə etmək olar ki, insanlar göz xəstəliyinə tutulmasınlar?

- Sağlam həyat tərzində yaşayan insanlar bu xəstəliyə tutulmurlar. Kiçik problemlər yaranan vaxtı da xəstələr bioloji üsullarla müalicə olunmalıdırlar. Səhiyyə sahəsində insanlar daha çox maariflənsələr onda xəstəlikləri də çox azalar. Rusların belə bir məsəli var: "İnsan çox oxumaqdan ölmür. Çox bilməməkdən ölür". Ona görə də insanlar səhiyyə ilə bağlı çox kitablar oxumalı, bu sahədə maariflənməli və hər kəs özünün həkimi olmağı bacarmalıdır. Çünki ola bilər ki, ən kiçik xəstəliyin adi bir müalicə yolu var. Amma biz onu bilmirik. Sonra onu demək istəyirəm ki, akademik təbabətdə və bioloji təbabətdə işləyən həkimlər bir-birinə kömək etsələr, onda xəstəlikələri daha tez sağalda bilərlər. Əsasən də göz xəstəliklərində belə müştərək işləmək çox vacibdir. Çünki göz, insan üçün hər şey deməkdir. Bütün xəstəliklər də gözdə öz əkini tapır. Təbabətdə ta qədimlərdən gələn belə bir üsul da var ki, insanların xəstəliklərini müayinə etmək üçün sadəcə gözlərə aparatla baxmaqla onun orqanizmində olan bütün xəstəlikləri demək olur. Bax ona görə də çox qədimlərdən belə bir kəlam deyilib: "Göz qəlbin aynasıdır. Bu ayna da özündə insan orqanizmini bütövlükdə əks etdirir". Ona görə də çalışmaq lazımdır gözlərimizi lazım olan səviyyədə qoruyaq ki, orqanizmimizdə başqa xəstəliklər yaranmasın.

Ağalar İDRİSOĞLU, Yazıçı-rejissor, jurnalist, Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə