Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi hər il rayonlarda, o cümlədən Sumqayıt şəhərində əhalinin tibbi müayinəsini icra edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sumqayıt Səhiyyə Idarəsinin həyətində yerləşdirilən, bütün lazımi tibbi avadanlıq və cihazlarla təchiz olunan reonomobil maşın və xüsusi ayrılmış palatalarda yüksək səviyyədə müayinələr həyata keçirilir. Səyyar briqada tərəfindən bu gün ərzində 250 nəfərin müayinəsi aparılıb, 15 nəfər əməliyyat olunub, 22 nəfər isə daha dərin müayinə və müalicə üçün Bakıya, Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilib.
Müayinələr hazırda davam edir.
Qeyd edək ki, tədbirdən öncə Sumqayıt tibb müəssisələri tərəfindən geniş hazırlıq işləri aparılmış, xüsusən görmə orqanında mürəkkəb patologiyalar qeyd olunan xəstələr seçilib.
Tədbirin keçiriləcəyi ilə əlaqədar şəhər əhalisi arasında məlumat xarakterli maarifləndirmə işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB