"“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi rəy üçün qurumlara göndərilib"

"“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi rəy üçün qurumlara göndərilib"

"Cinayət törədən psixi xəstəliyi olan insanların problemi həmişə cəmiyyətin nəzərində olub". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, hələ sovetlər birliyi dövründə bu sahədə çoxlu sayda pozğunluqlar olub: "Hətta bəzən dünya ictimiayyəti bu sahədə olan çatızşmalığa ciddi iradlar tutub. Hətta o vaxt üçün deyirdilər ki, SSRİ-də xəstə olmayan insanları psixi xəstə kimi psixiatriya müəssisələrinə yerləşdirirlər. Bunu da insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirirdilər. Bu gün belə hadisələr az olsa da, lakin bu istiqamətdə hər zaman ehtiyatlı olmalıyıq. Ona görə də psixi pozuntusu olan şəxslər barəsində tibb müəssisəsinin müdriyyətinin təqdimatı və həkim- psixiatr komissiyasının və məhkəmələrin bu sahədə məsuliyyəti çox böyük olmalıdır. Çünki bəzən bu xəstəliklə xəstə olmayanlar arasında səddi çəkmək də çətin olur. Bəzən bilməyərəkdən də səhvlərə yol verilə bilər".

Komitə sədri çıxışı zamanı "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə də toxunub. O deyib ki, sözgüdən qanun layihəsi cəmiyyət üçün çox maraqlıdır: "Qəbula gələn insanlarında böyük bir qismi də bununla bağlı müraciət edirlər. Bu qanun layihəsinin hazırlanıb qəbul olunması çox vacibdir. Hazırda layihə üzərində iş aparılır və növbəti iclaslarda bir daha müzakirəyə çıxarılacaq".

Ə. Əmiraslanov vurğulayıb ki, qanun layihəsi rəy üçün bir neçə quruma göndərilib:" Artıq 4 dövlət orqanından rəy təklifi almışıq. Bunlar Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsidir. Onların bu qanun layihəsi ilə bağlı iradları çox cüzidir. Daha iki dövlət orqanından rəy aldıqdan sonra bu qanun layihəsini komitə iclasında müzakirəyə çıxaracayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə