Bayram günlərində təcili yardıma 2300 çağırış daxil olub

Bayram günlərində təcili yardıma 2300 çağırış daxil olub

"Bayram günlərində təcili tibbi yardıma 2300 çağırış daxil olub ki, bu da adi günlərlə müqayisədə bir qədər artıqdır". Bu barədə SİA-ya Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Baş həkim bildirib ki, bu müddət ərzində bütün çağırışlar icra olunub: "İlkin yardımla bağlı həkim briqadalarımız tam hazır vəziyyətdə olub və işlərini lazımi səviyyədə icra ediblər. İstirahət günlərində profilaktika müəssisələri, poliklinikalar, uşaq poliklinikaları işləməsə də, əhaliyə bütün lazımi ixtisaslaşmış tibbi yardım göstərilib".

R. Nağıyev vurğulayıb ki, bu müddət ərzində bayramla əlaqəli heç bir hadisə qeydə alınmayıb: "Təcili yardıma edilən müraciətlər daha çox respirator xəstəliklərlə bağlı olub. Stansiyaya bu müddət ərzində tonqalda yanma, tüstüdən və ya qidadan zəhərlənmə kimi hallar daxil olmayıb. Çağırışlar əsasən ümumi-mövsümi xarakter daşıyıb".

Bütün xəbərlər Facebook səhifəmizdə