Onkoginikeloqların I Bakı forumu keçiriləcək

Onkoginikeloqların I Bakı forumu keçiriləcək

Aprelin 4-5-i beynəlxalq mütəxəssislərin iştirakı ilə Onkoginikeloqların I Bakı forumu keçiriləcək. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Bildirilib ki, "Uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalar" mövzusunda təşkil olunacaq Forum Milli Onkologiya Mərkəzinin böyük konfrans zalında saat 14:30-da başlayacaq.

Forumda Onkoginekologiyada müasir texnologiyalar (3D laparoskopiya, interstisial braxiterapiya, Neoplaziyanın elmi aspektləri, Uşaqlıq boynun fiziologiyası və patologiyası, CİN-in müasir müalicə taktikası, Transformasiya zonasının rolu, Kolposkopiyada çətin vəziyyətlər: hamiləlik, atrofiya, iltihab, Hormonlar və epitelial displaziya dair mövzular üzrə tanınmış alim və professorların məruzələri dinləniləcək, Kolposkopiya və Fiziocərrahiyyə müalicə üsulları üzrə Master-klasslar keciriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə