Hər il respublikamızda 300-ə yaxın uşaq xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyi olan talassemiya ilə doğulur. Bu barədə Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində "Sağlam ailə sağlam gələcəyin təminatıdır" mövzusunda keçirilən tədbirdə məlumat verilib.
Həmçinin diqqətə çatdırılıb ki, uzun illər xəstəliyin diaqnozunun vaxtında qoyulmaması və bunun nəticəsində lazımi müalicənin aparılmaması, eləcə də müalicənin keyfiyyət səviyyəsinin aşağı olması səbəbindən xəstələrin bəziləri erkən yaşlarında dünyasını dəyişir, əksəriyyəti isə cəmiyyətə inteqrasiya ola bilmirdi. Amma son illərdə bu sahədə maarifləndirmə işinin gücləndirilməsi sayəsində əhalinin talassemiya xəstəliyinin müayinəsi ilə bağlı müraciətləri çoxalıb.
Hazırda ölkəmizdə talassemiyanın yayılmasının qarşısını almaq məqsədilə əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması üzrə fəaliyyət aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB