Səhiyyə nazirinin müavini Elsever Ağayev hazırda ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının səhiyyə nazirinin müavini Dr. Rəsul Dinarvəndin rəhbərliyik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Qonaqları səmimi salamlayan Elsever Ağayev xalqlarımız arasında çoxəsrlik əlaqələrin mövcudluğunu və bu ənənənin bu gün də uğurla davam etdiyini vurğulayıb. Prezident İlham Əliyevin bu il fevralın 23-də İrana rəsmi səfəri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla bildirən nazir müavini ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələrinin bütün istiqamətlərdə, o cümlədən, səhiyyə sahəsində özünü büruzə verdiyini vurğulayıb. Qeyd olunub ki, belə görüşlərin təşkili iki dövlət arasında olan dostluq, əməkdaşlıq və birgə işbirliyi baxımından çox əlverişlidir. Bu görüşün də məhz iki dövlət arasında imzalanmış səhiyyə əməkdaşlığına dair anlaşma memorandiumundan irəli birgə fəaliyyət planının hazırlanmasına yönəldiyi vurğulanıb.
Öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirən cənab Dr. Rəsul Dinarvənd ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu vurğulayıb.
Daha sonra tərəflər ölkələrimiz arasında səhiyyə əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından səhiyyə və tibb elmi, təhqiqatlar, tibbi xidmətin göstərilməsi, tibbi sığorta, dərman və tibbi avadanlıqlar istehsal edən zavodların yaradılması və s. məsələlərə dair fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB