Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev mart ayının 10-da saat 12:00-da Göygöl mərkəzi Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazir Göygöl, Gəncə, Daşkəsən, Şəmkir rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB