Antioksidantlı qidaların orqanizmə faydaları HƏKİM MƏSLƏHƏTİ - SƏS TV

Antioksidantlı qidaların orqanizmə faydaları HƏKİM MƏSLƏHƏTİ - SƏS TV

Hazırda keyfiyyətsiz qidalardan istifadə, həmçinin, ekoloji problemlər immun sistemini zəiflədir və nəticədə orqanizmdə bir çox xəstəliklərin yaranmasına yol açır. Bu zaman antioksidantların fəaliyyətinə ehtiyac yaranır.

Fitoterapevt həkim Sadiq Salami SİA-ya verdiyi açıqlamasında antioksidantlı qidaların orqanizmə faydaları haqda danışıb.

O, qeyd edib ki, antioksidantlar orqanizmdə sərbəst radikalları və ya oksidantları məhv edən kimyəvi maddələrdir: "Oksidantlar orqanizmdə metobolik proseslər nəticəsində yaranır və hüceyrələrin strukturunu pozaraq bir çox xəstəliklərə yol açır. Antioksidantlar isə hüceyrələrin strukturunu bərpa edir və onları sərbəst radikallardan qoruyur. Bildiyiniz kimi, immun sistemi hər iki saatdan bir yenilənir. Bu zaman orqanizm lazımi antioksidantları ehtiyatda toplayır. Bu kimyəvi maddələri təbii üsullarla qəbul etmək daha faydalıdır və müsbət nəticə verə bilir.

Fitoterapevt həmçinin, insanlara tərkibində A, E, C vitaminləri ilə zəngin olan təbii qidalardan qəbul etməyi məsləhət görüb: "Yaşıl çay orqanizmi antioksidantla təmin edən ən faydalı məhsuldur. Bundan əlavə, jenşen, limon, sarımsaq, pomidor, yerkökü, kələm, sarıkök, zəncəfil, soğan, kəvər, cəfəri, çiyələk, moruq, qarağat, bal ən güclü antioksidantlar hesab olunur. Həmçinin, cücərmiş buğda da immun sisteminin güclənməsində tibbi əhəmiyyətə malikdir".

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə