"Azərbaycanda artıq 9 aydır ki, nikahdan əvvəl talessimiyanın aşkarlanması üçün müayinələr aparılır. İl ərzində 180 min nəfərin müayinəsi nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Z.Əlimirzəyeva bildirib ki, 107 500 nəfər artıq müayinə olunub. Nikaha daxil olmaq istəyən 6222 nəfərin talassemiya daşıyıcı olduğu aşkarlanıb: "48 cütlüyün hər ikisində sözügedən qan xəstəliyi aşkar edilib ki, onlardan da 4-5 cütlük nikaha daxil olmaqdan imtina edib. Ailə quranlar arasında hamilələr də var. Həmin insanlar bizə müraciət edir və onların genetik müayinəsi aparılır. Fevralın 23-də ilk dəfə olaraq Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb. Həmin döldə də xəstəlik aşkarlanıb. Gənclərə bu barədə məlumat verdik və xəstəliyin ciddi olduğu üçün hamilələiyi pozublar"
Direktor əlavə edib ki, 9 ay ərzində 71 nəfərdə QİCS, 328 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB