208 mindən çox xəstə dövlət hesabına dərmanla təmin olunur SƏHİYYƏ NAZİRLİYİ
Şəkərli Diabet üzrə "2016-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həmin illər üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqlədiyi "Tədbirlər Planı" da bir sıra tədbirlər nəzərdə tutulub. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələrlə təmin olunmasının monitorinqinin təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, pompa ilə təmin edilmiş uşaqların monitorinqi və ləvazimatlarla təminatı, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmiş hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi daxildir. Həmçinin buraya şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, "Diabetik pəncə" kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bölgələrdə şəkətli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi,şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakını təşkil edilməsi də daxil olunub.
Eyni zamanda ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkil etmək və bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqlərin , plakatların çapını və KİV vasitəsi ilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi və.s bu kimi tədbirlər nəzərdə tutulub.
Qeyd edək ki, hazırda 208 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB