Qan verənlərin sayı artıb SƏHİYYƏ NAZİRLİYİ

Qan verənlərin sayı artıb SƏHİYYƏ NAZİRLİYİ

Azərbaycanda tədarük olunan qanın həcmi əvvəlki illərə nisbətən artıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib.

Qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması müşahidə olunur. 2015-ci ildə qanvermə aksiyalarında 75184 nəfər iştirak etmişdisə, 2014-cü ildə analoji göstərici 72697 nəfər olub.
Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanıb.

Ümumilikdə, 2015-ci ildə, Aşura günü keçirilən tədbirlər nəzərə alınmadan, 318 qanvermə aksiyası keçirilib.

Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.
SN-nin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə