Naziri Qazaxda vətəndaşları qəbul edəcək

Naziri Qazaxda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev sabah 11 fevral 2016-cı il tarixində saat 10:00-da Qazax Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Qazax-Müalicə Diaqnostika mərkəzində qeydiayyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə