Respublika Müalicə Diaqnostika Mərkəzi hepatit müayinələri aksiyasına start verib. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvar ayının 18-dən Respublika Müalicə Diaqnostika Mərkəzi (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlayıb.
Sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşı məlumatlandırmaqdır.
Hepatit müayinələri ən son üsul olan kartest test vasitəsi ilə həyata keçirilir.
Müayinə pozitiv nəticələr aşkar etdikdə, vətəndaşlar hepatoloqun qəbulunda ola və xəstəliyini gedişatı, müalicə üsulları haqda məlumat ala biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB