2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 603 müəssisənin sahibi inzibati qaydada cərimələnib.
SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ötən il 137 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib: "Eyni zamanda 84 nəfər işdən müvəqqəti kənarlaşdırılıb".
Bildirilib ki, ötən il fiziki və kimyəvi 2512, mikrobioloji 2278, radioloji göstəricilərinə görə isə 368 yeyinti məhsulundan nümunə götürülüb: "Nümunələrin 22-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub".
Qeyd olunub ki, 2015-ci ildə şadlıq evləri və restoranlardan 7561 yaxma nümunəsi götürülüb: "Onlardan 57-də bağırsaq qrup bakteriyası aşkarlanıb. Müayinə olunmuş 63 soyuq qəlyanaltı nümunəsindən normadan kənara çıxma aşkarlanmayıb"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB