Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi son günlər mətbuatda Naxçıvan MR-də donuz qripinin yayılması barədə xəbərlərə münasibət bildirib. Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, MR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən MR-in sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.
Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, bu günə qədər MR-in səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində donuz qripi (H1N1) virusu aşkar edilməyib. Görülmüş tədbirlər nəticəsində MR-də epidemioloji durum tam stabildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB