Oqtay Şirəliyev qəbul keçirəcək

Oqtay Şirəliyev qəbul keçirəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-yaverilən xəbərə görə, qəbul yanvarın 6-da saat 14.00-da olacaq. Ucar Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq görüşdə Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə