Həkim briqadası Naxçıvanda müayinələr aparıb

Həkim briqadası Naxçıvanda müayinələr aparıb

Azərbaycan Respublikası səhiyyə naziri cənab Oqtay Şirəliyevin tapşırığı ilə akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı həkim briqadası 22-25 dekabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına ezam olunublar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qeyd olunan müddət ərzində 2520 nəfər hərtərəfli tibbi müayinədən (rentgen, USM, laborator, EKQ) keçib, həkimlər tərəfindən baxılıb. 72 nəfərdə müxtəlif cərrahi əməliyyatlar aparılıb. 12 nəfərin Bakıya gəlməsi məsləhət bilinib.

Bütün xəbərlər Facebook səhifəmizdə