391 uşaq üzərində ürək əməliyyatı keçirilib

391 uşaq üzərində ürək əməliyyatı keçirilib

"Bu ilin əvvəlindən indiyədək ölkədə 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstə endoprotezləşmə əməliyyatı olunub". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, minlərlə xəstə, o cümlədən 391 uşaq üzərində kardiocərrahiyyə əməliyyatı həyata keçirilib: "Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. Sevindirici haldır ki, bu gün belə əməliyyatların aparılması üçün hətta qonşu ölkələrin vətəndaşları bizə müraciət edirlər. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşında qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşında böyrək köçürülməsi əməliyyatı aparılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə