Nazirlik kurs və treninqlə keçirir

23-24-25.12.2015-ci il tarixində Səhiyyə Nazirliyinin Aparatında nazirliyin dövlət qulluqçuları üçün tədris kursları və treninqlər təşkil olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin əməkdaşları, Bakı şəhər Baş Səhiyyə İdarəsi və Sumqayıt şəhər Səhiyyə Şöbəsində çalışan dövlət qulluqçuları üçün keçirilən kurslar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə təşkil olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2015-ci il üçün İş Planının 2(9.2)-ci və 3(10.1)-cü bəndlərinə əsasən dövlət qulluqçuları üçün "Maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizə" eləcədə "Etik davranış məsələləri " mövzularında tədris kursu və treninqlər 3 gün davam edəcək. Kurs və treninqlər nazirliyinin inzibati binasında həyata keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə