Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən qanvermə aksiyası Şəmkir Mərkəzi Rayon Xəstəxanasında keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, idarə, müəssisə və təşkilatların, yerli özünü idarəetmə və hüquq mühafizə orqanlarının əməkdaşları fəallıq nümayiş etdirib.
Vətəndaşlar tibbi müayinədən keçirilib və səhhətində ciddi qüsur aşkarlanmayan şəxslərdən 250 qram həcmində qan götürülüb. Qanvermə aksiyası sabah da davam edəcək. Vətəndaşlardan toplanan qan ehtiyatı Respublika Qan Bankına göndərilməklə irsi qan xəstəliyindən əziyyət çəkənlərə köçürüləcək. Şəmkir rayonunda sonucu qanvermə aksiyası ötən il keçirilib. Aksiyada 1000-a yaxın rayon sakini könüllü olaraq qan verib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB