Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə bu ilin 9 ayı ərzində 1804 xəstə daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlardan 700 nəfərinə evdə lazımi şəraitdə saxlanmamış və istifadə müddəti bitmiş dərman preparatlarından zəhərlənmə, 89 nəfərinə alkoqoldan zəhərlənmə diaqnozu qoyulub. Üzvü həlledicilərlə zəhərlənmələrlə – 63 xəstə, yandırıcı məhlullarla zəhərələnmələrlə – 245 xəstə, məişət kimya məhsulları ilə zəhərlənmələrlə - 5 xəstə, dəm qazı və digər toksiki qazlarla zəhərələnmərlə – 249 хəstə, pestisidlərlə zəhərələnmələrlə - 64 xəstə, göbələk və zəhərli bitkilərlə zəhərələnmələr – 31 xəstə, zəhərli heyvanlarla bağlı zəhərlənmələr – 68 xəstə, kəskin toksiko-allerqik reaksiyalar və digər zəhərlənmələrlə – 236 xəstə daxil olub.
Bildirilib ki, vaxtında şöbəyə müraciət edənlərin hər biri xilas edilib.
Qeyd olunub ki, dəm qazından zəhərlənmə, ilan və əqrəb sancma, üzvü zəhərlənmələr, dərman preparatından zəhərlənmə, pestisid zəhərlənmə diaqnozu il ərzində Toksikologiya şöbəsinə orta hesabla 2000-2100 xəstə müraciət edir.
Məlumatda o da qeyd olunub ki, zəhərlənmə halı orqanizmə zəhərli maddənin daxil olması ilə baş verir: "Zəhərlənmə şəxsin qəsdən və ya bilməyərəkdən qəbul etdiyi istənilən kimyəvi maddə, dərman preparatı, adi məişətdə istifadə etdiyimiz məhsuldan baş verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB