UNAİDS Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində 2030-cu ilədək QİÇS-in aradan qaldırılması üzrə tədbirlər haqqında yeni hesabat təqdim edib. Sənəddə son 15 il ərzində bu virusla mübarizədə nəzərəçarpacaq irəliləyiş əldə olunduğu bildirilir. İyun ayına olan vəziyyətə görə, 2015-ci ildə 15,8 milyon insan retrovirus əleyhinə müalicəyə cəlb olunub ki, bu da son beş illə müqayisədə iki dəfə çoxdur. Ötən ilin sonunda isə İİV-lə yaşayan 36,9 milyon insan qeydə alınıb. Bu insanlar diaqnozdan sonra təcili müalicə almalıdırlar.
"Biz hər beş ildə müalicə alanların sayının iki dəfə artırılmasına nail oluruq. Əsas hədəf QİÇS epidemiyasını dayandırmaqdır. Elə etmək lazımdır ki, bu xəstəlik bir daha geri qayıtmasın", - deyə UNAİDS-in icraçı direktoru Mişel Sidibe deyib.
Hesabatda qeyd olunur ki, 2000-ci illə müqayisədə İİV-ə yoluxma hallarının sayı 2014-cü ildə 35 faiz, QİÇS-dən ölüm hallarının sayı isə 42 faiz azalıb.
Ümumdünya QİÇS-lə Mübarizə Günü hər il dekabrın 1-də qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB