Gəncədə qanvermə aksiyası keçirilib

Gəncədə qanvermə aksiyası keçirilib

Gəncədə keçirilən növbəti qanvermə aksiyasında 100 nəfərədək insan iştirak edib. Mərkəzi Qan Bankının Gəncə bölməsindən bildiriblər ki, hazırda ölkəmizdə 1500 nəfər irsi qan xəstəliyindən əziyyət çəkir və hər ay onlara müəyyən miqdarda qan lazım olur. İnsanlar bu xəstələrə kömək etmək üçün tez-tez qan bankının Gəncə bölməsinə müraciət edirlər. Növbəti aksiya da onların xahişi ilə həyata keçirilib. Aksiyada Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbələri, həmçinin TTV kanalının əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə