Amerikalı cərrahlar insana üzün köçürülməsi üzrə unikal əməliyyat aparıblar. Rusiyanın NTV telekanalı xəbər verir ki, əməliyyat 2001-ci ildə dəhşətli yanıq xəsarətləri alan 41 yaşlı Nyu-Yorklu yanğınsöndürən Patrik Hardison üzərində aparılıb. Cərrahlar ona yeni burun, qulaqlar, dodaqlar və bir neçə üz sümüyü köçürüb.
Patrik Hardison üçün donor velosiped sürərkən həyatını itirən 26 yaşlı Devid Roudbax olub. Əməliyyat Nyu-York universitetinin tibb mərkəzində keçirilib. Ümumilikdə 150 həkimin iştirak etdiyi əməliyyat 26 saat davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB