Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həkimləri unikal bir əməliyyat icra ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasından SİA-ya verilən xəbərə görə, mürəkkəb olan, lakin buna baxmayaraq uğurla nəticələnən əməliyyat sayəsində iki 4 yaşlı uşaq Məhərrəmov Ümid Şükür oğlu və Salmanzadə Yağmur Vasif qızı artıq anadan gəlmə çox ağır eşitmə qüsurundan əziyyət çəkməyəcəklər. İki saat davam edən əməliyyatda implantın daxili parcası "receiver" daxili qulağa yerləşdirilib, 1ay sonra xarici prosessor taxılaraq, xəstələr reabilitasiya mərhələsinə başlayacaq.
Əməliyyat MNX-n Otorinolarinqoloji şöbəsinin qulaq-burun-boğaz xəstəlikləri üzrə uzman həkim Tural Hüseynov tərəfindən aparılıb. Tural Hüseynov bildirib ki, uşaqların vəziyyəti yaxşıdır və sabah evlərinə buraxılacaqlar.
Azərbaycanda ildə 200 yaxın uşaq anadan gəlmə eşitmə qüsuru ilə doğulur, lakin hazırda bəzi xəstəxanalarda, həmçinin bizim xəstəxanada da xüsusi skrining testləri sayəsində bu diaqnoz erkən aşkarlanaraq, Koxlear implantasiyaya namizədliyə alına bilər. Hazırda 100-ə yaxın xəstə öz əməliyyat növbəsini gözləyir.
Qeyd edək ki, bu tip əməliyyatlar Azərbaycanda əsasən xarici mütəxəssislər tərəfindən icra edilirdi, lakin artıq bizim mütəxəssisdə 75-ə yaxın bu cür ağır əməliyyatları uğurla həyata keçirib.
Xəstələrin əməliyyat önü audioloji müayinəsi, reabilitasiya və texniki dəstəyi Medeks şirkəti tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB