Qida zəhərlənməsinin hamısı məişətdə baş verib

Qida zəhərlənməsinin hamısı məişətdə baş verib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.

Sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş vermiş, 66 nəfər zərərçəkən olub. O cümlədən, 2 botulizm hadisəsi baş vermiş, 2 zərərçəkən olub .

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə