Lənkəranda 5196 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Rayon Mərkəzi Xəstəxanasından SİA-nın Cənub bürosuna verilən məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ötən ilin 9 ay ərzində 4690 nəfər şəkərli diabet xəstəsi qeydiyyata götürülmüşdüsə, cari ilin 9 ayına bu rəqəm 5196 nəfər təşkil edib.
Müraciət edən xəstələrin sayı əsasən 40-65 yaş arasındadır. Diabet üzrə dövlət proqramına uyğun olaraq son illər şəkərli diabet xəstələrinin diaqnozu qoyulduqdan və onlar dispanser uçotuna götürüldükdən sonra dərman preparatları ilə təmin olunmalarında hər hansı bir problem yaşanmır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB