Bu ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə "Buraxılış vərəqəsi" verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "buraxılış vərəqəsi" verilənlərdən 7513 nəfər imtahanlardan uğurla keçib, 246 nəfər isə uğur qazana bilməyib.
İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.
İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB