Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və İslahatlar Mərkəzi nazirliyin digər strukturları kimi, sağlamlığı dair əhalinin maarifləndirilməsi istiqamətində innovativ addımlar atır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, belə layihələrdən biri kimi, 11 sentyabr 2015-ci il tarixində saat 14.00-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici İnternet səhifəsində yaradılmış "Reproduktiv Sağlamlıq" və "Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal"ların təqdimatı keçiriləcəkdir. Təqdimat mərasimində həmin portalların yaradıcıları olan İSİM-in əməkdaşları, beynəlxalq təşkilatların, media nümayəndələrin iştirakı nəzərdə tutulur.
Tədbir iştirakçıları İSİM tərəfindən BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış "Reproduktiv Sağlamlıq portalı" və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil edilmiş "Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portalı" barədə ətraflı məlumat əldə edəcək, "Mənim reproduktiv sağlamlığım" və "Sağlamlığını qiymətləndir" virtual alətlərlə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB