Oqtay Şirəliyev vətəndaşların problemlərini dinlədi

Oqtay Şirəliyev vətəndaşların problemlərini dinlədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev bu gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasında Lənkəran, Astara, Masallı və Lerik rayon sakinlərini qəbul edib. Ümumilikdə 17 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.

Qeyd edək ki, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə