Böyük Britaniyanın Nyukasl və Lids universitetlərinin bir qrup alimi iddia edir ki, aspirinin mütəmadi qəbulu artıq çəkidən əziyyət çəkən insanlarda bağırsaq xərçənginin inkişafı riskini azaldır. Eksperiment 16 ölkənin 43 mərkəzində keçirilib. Xəstələrin bir hissəsi iki il ərzində hər gün 600 milliqram aspirin, ikinci hissəsi isə plasebo qəbul edib. Tədqiqatın nəticələri göstərib ki, müntəzəm olaraq aspirin qəbul edənlərdə bağırsaq xərçəngi xəstəliyinin yaranma riski sıfır səviyyəsinə düşüb. Bununla belə, mütəxəssislər tədqiqatın hələ sonuncu olmadığını bildirirlər. Qeyd edirlər ki, aspirinin həddindən artıq istifadəsi xoraya, mədə-bağırsaq sistemində qanaxmaya səbəb ola bilər.
İndi alimlər aspirinin müxtəlif dozada qəbulunun xərçəngin yaranmasına təsirini müəyyənləşdirmək üçün daha geniş tədqiqat aparmaq niyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB