160 ağcabədili könüllü qan verib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ağcabədi rayon mərkəzi xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. İrsi qan xəstəliyi və qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilən xeyirxah aksiyada rayon sakinləri fəal iştirak ediblər. Aksiya zamanı 160 nəfər ağcabədili könüllü olaraq qan verib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə