Qazaxıstan onkoloqları Azərbaycanda kurs keçəcəklər FOTOLAR

Qazaxıstan onkoloqları Azərbaycanda kurs keçəcəklər FOTOLAR

"Bədxassəli şişlərdə şüa müalicəsinin Avropa və ABŞ standartlarına uyğun müasir metodlarla aparılması" mövzusunda Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) mütəxəssis-ləri tərəfindən Qazaxstan onkoloqlarına treninq kurslar keçirilir. Bu barədə SİA-ya MOM şüa müalicəsi şöbəsinin rəhbəri, t.e.d., prof. İsa İsayev məlumat verib.

İ.İsayev bildirib ki, MOM-un baş direktoru akademik Cəmil Əliyevin səyi nəticəsində klinika artıq dünya miqyasında tanınmış və nüfuzlu onkoloji mərkəzə çevrilib: "Məhz bu səbəbdən kadrların hazırlanması işində mərkəzin əməkdaşlarına böyük etimad göstərilir. Bunu təsdiq edən faktlardan biri məhz Azərbaycan MOM-də Qazaxıstandan olan radioterapevt, tibbi fizik, laborant-texniklərin kurs keçmələridir. Professor əlavə edib ki, Qazaxıstanın Semey və Aktobe şəhərlərinin onkoloji klinikalarının radiotarepevtləri, tibbi fizik və texnikləri üçün həyata keçirilən treninqlər bu ilin 17 avqustundan başlayıb və 9 oktyabra qədər davam edəcək. Kurslarda 8 həkim-radioterapevt, 8 tibbi fizik, 8 isə iştirak edir. ABŞ-ın məşhur Varian Medical Systems şirkəti MOM ən müasir texniki avadanlıqlar və kadr potensialı ilə təmin olunduğunu, mərkəzdə onkoloji xəstələrə tibbi yardımın ən müasir standartlara cavab verən səviyyədə aparılmasını əsas götürərək Qazaxıstanlı tibb işçilərinə bu kursların məhz Bakıda, Azərbaycan MOM şüa müalicəsi şöbəsində aparılmasını məsləhət görüb".

Bütün xəbərlər Facebook səhifəmizdə