Əgər diş əti fırçalanan zaman mütəmadı olaraq qanayarsa, bu dişi əhatə edən toxumalarda yaranan iltihabla bağlıdır. "Algemeine Zeitung" qəzeti xəbər verir ki, belə bir halla qarşılaşan hər kəs birbaşa diş həkiminə müraciət etməlidir. Əks təqdirdə parodontit xəstəliyinə tutulmaq təhlükəsi qaçılmazdır.
Almaniyalı tibb mütəxəssisləri xəbərdar edir ki, parodontit diş ətinin dibinin boşalmasi, ağız boşluğunda xoşagəlməz qoxu, dişı qoruyan dayaq (diş kökü ilə çənəni birləşdirən hissə) toxumanın məhvinə və dişlərin tamamən zəifləməsinə gətirib çıxarır.
Araşdırmaların nəticəsi onu göstərir ki, dünya əhalısının əksəriyyətində, uşaqların isə 80 faizində parodontitin müxtəlif əlamətləri var.
Elm adamlarının fikrincə, yuxarı yaş kateqoriyalı insanlarin dişlərinin itirməsinə səbəb olan başlıca problem bilavasitə parodontit diş infeksiyası xəstəliyidir.
İnfeksiyaya yol açan başlıca səbəb hələ də tibb elminə naməlumdur. Lakin ilkin yaranma amilləri arasında irsi, siqaret çəkmək, ağız gigiyenası, şəkər xəstəliyi, mədə-bağırsaq prosesinin pozulması, hipovitaminoz, kariyes, dişə qoyulan keyfiyyətsiz protezlər, immun sisteminin zəifləməsi və stress hallarının artması göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB