Bakıda toyda kütləvi zəhərlənmə Nazirlik açıqlama yaydı

Bakıda toyda kütləvi zəhərlənmə Nazirlik açıqlama yaydı

8 avqust tarixində Binəqədi rayonunda yerləşən "Zəngəzur" şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilib. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür. Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı" ehtimal olunur.

Qeyd edək ki, hadisənin araşdırılması davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə