Şəkidə qanvermə aksiyası keçirilib

Şəkidə qanvermə aksiyası keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya zamanı 150 nəfərdən çox adam könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə