Oqtay Şirəliyevdən öldürücü virusla bağlı ƏMR

Oqtay Şirəliyevdən öldürücü virusla bağlı ƏMR

Azərbaycanda koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi və s. əks olunub.

Nazirlikdən o da bildirilib ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır, bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmayıb.

Qeyd edək ki, ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə