Səhiyyə Nazirliyinin daha bir xidməti "Elektron hökumət" portalına (e-gov.az) inteqrasiya edilib. SİA-nın xəbərinə görə, nazirliyin "Həkim axtarış sistemi" portal üzərindən istifadəyə verilib. Bu sistem vasitəsi ilə istənilən həkim haqqında məlumat əldə etmək mümkün olacaq.
Bu xidmətin istifadəyə verilməsi ilə Səhiyyə Nazirliyinin portalda təqdim olunan elektron xidmətlərinin sayı 33-ə, portaldakı ümumi xidmətlərin sayı isə 422-yə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB