Azərbaycan Nazirlər Kabineti Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin bəzi məsələləri haqqında qərar verib. Nazirlər Kabinetindən SİA-ya məlumata görə, yeni qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alınmaqla verilib.
Bu qərara əsasən, Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfat hesablı daxilolmalardan əlavə, büdcə vəsaiti hesabına illik saxlanılması xərcləri mərkəzləşmiş qaydada dərman, sarğı ləvazimatları və materiallarının, həmçinin avadanlığın alınması üzrə daxilolmaların 0,25 faizi həddində, lakin 400000,0 manatdan çox olmamaqla müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB