Rəsmi məlumatlara görə, MERS virusuna azı 750 nəfər yoluxub, onlardan 320 nəfəri ölüb. Bu xəstəlik qripə bənzər xüsusiyyətlərlə başlayır. Yüksək hərarət, öskürək, tənəffüs, böyrək çatışmazlığı və digər əlamətlərlə müşahidə edilir. Xəstəliyə ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında rast gəlinib. Yaxın Şərq və Səudiyyə Ərəbistanında yayılan bu virus Koreya Respublikasına qədər yayılıbsa, digər ölkələrə də keçmə ehtimalı var. Artıq Dünya Səhiyyə Təşkilatı virusla mübarizə yolları ilə bağlı tövsiyələrini verib.
Azərbaycanda isə MERS virusunun yayılması üçün şərait yoxdur. Bununla belə xəstəliyin daha çox yayıldığı Koreya və Yaxın Şərq ölkələrindən gələn şəxslər sərhəd-keçid məntəqələrində ciddi şəkildə yoxlanılırlar.
Bu barədə Respublika Taun Əleyhinə Stansiyadan məlumat verilib.
Bildirilib ki, ölkəmizdə MERS virusunun yoxlanılması üçün xüsusi laboratoriya da fəaliyyət göstərir. Laboratoriyada çalışanlar xarici ölkələrdə təcrübə keçmiş mütəxəssislərdir. Ölkəmizdə bu yoluxucu xəstəliyin yayılma təhlükəsi yoxdur. Ancaq insanlar diqqətli olmalı, profilaktik tədbirlərə əməl etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB